Qarnaço karyerasını bu liqada davam etdirəcək
“Mançester Yunayted”in cinah oyunçusu Alexandro Qarnaço karyerasını hansı liqada davam etdirəcəyini müəyyənləşdirib.
Aut.az xəbər verir ki, bu barədə Fabritsio Romano məlumat yayıb.
Mənbənin sözlərinə görə, Avropanın top çempionatlarının bir çox klublarının marağına baxmayaraq, 20 yaşlı argentinalı “Çelsi” və “Aston Villa”nın onunla maraqlandığı Premyer Liqada qalmaq istəyir.
Qeyd edək ki, “qırmızı şeytanlar” futbolçu ilə maraqlanan bütün klublar üçün qiymət müəyyən edib – 70 milyon funt sterlinq.
Aut.az
