Yaxın saatlarda böyük dəyiş-düyüş olacaq
“Atletiko Madrid”in hücumçusu Joao Feliksin “Çelsi”yə keçidi qaçılmazdır.
Aut.az “Relevo”ya istinadən xəbər verir ki, transfer yaxın bir neçə saat ərzində həyata keçirilməlidir.
Əks istiqamətdə mərkəz yarımmüdafiəçisi Konor Qallaher getməlidir. Madrid klubu onun çərşənbə günü təqdimatda iştirak edəcəyini gözləyir.
Keçən mövsüm Feliks “Barselona”da icarə əsasında çıxış edib və burada 44 matçda 10 qol vurub və 6 məhsuldar ötürmə edib.
Aut.az
