Vinisius İngiltərə nəhənginin hədəfində
“Real”ın ulduz futbolçusu Viníaius Junior karyerasını İngiltərədə davam etdirə bilər.
Aut.az xəbər verir ki, Braziliya millisinin üzvü Vinisius Junior “Mançester Siti”nin maraq dairəsinə düşüb. Bu barədə “Marca” nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, İngiltərə klubunun rəhbərliyi braziliyalı hücumçunun Madriddəki vəziyyətini diqqətlə izləyir. “Şəhərlilər” mümkün transfer üçün danışıqlara başlamağa hazırdır.
Vinisiusun bazar dəyəri 150 milyon avro qiymətləndirilir. Onun “Real” ilə mövcud müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.
Cari mövsümdə braziliyalı hücumçu Madrid klubunun heyətində 37 oyunda iştirak edib, 13 qol vurub və 11 məhsuldar ötürmə ilə yadda qalıb.
Aut.az
