“Real”da hələ də elə futbolçu çatmır, axtarırlar: Kroos kimi deyir?
“Real”ın sabiq yarımmüdafiəçisi Toni Kroos Madrid komandasının çıxışı və yeni baş məşqçisi Xabi Alonsonun işi ilə bağlı fikirlərini bölüşüb.
Kroos 2024-cü ilin yayında futbolçu karyerasını başa vuraraq “Real Madrid”dən ayrılıb.
Aut.az xəbər verir ki, Kroos bu barədə “La Gazzetta dello Sport”a bildirib.
“Real”da hələ də mən profildə olan oyunçu çatışmır. Və hələ də birini axtarırlar. Belə futbolçular çox deyil. Və mövcud olanları əldə etmək asan deyil.
Xabinin “Real”dakı işinə qiymət vermək hələ tezdir. Dəyişiklikləri və onun ideyalarının həyata keçirilməsini qiymətləndirmək üçün vaxt lazımdır. Bircə onu deyə bilərəm ki, o, Almaniyada əla iş görüb. Əminəm ki, Xabi dəyişdirilməli olanları necə dəyişəcəyini bildir. Oyunçuların sinfini nəzərə alsaq, hər şey qaydasında olmalıdır”, – Kroos bildirib.
Aut.az
