“Real” azarkeşləri heç vaxt Ronaldonu onun qədər sevməyiblər – Şok iddia
“TalkSPORT”, BBC, “BT Sport”, ESPN və bir çox digər media orqanlarında ekspert kimi çalışan tanınmış jurnalist Endi Brassel maraqlı iddia irəli sürüb.
Aut.az xəbər verir ki, Endi Cud Bellinqemin “Real” azarkeşləri arasında Ronaldodan çox sevildiyini bildirib.
Bellinqhem 2023-cü ilin yayında “Borussiya”dan kluba qoşulduqdan dərhal sonra “Real” azarkeşlərinin sevimlisinə çevrildi. 21 yaşlı ingilis “Santyaqo Bernabeu”da Ronaldonun uğurunu və titullarını təkrarlamaqdan hələ çox uzaqdadır, lakin Brassel hesab edir ki, portuqaliyalı heç vaxt Madrid azarkeşləri tərəfindən sevilməyib. “Real”ın Çempionlar Liqasında “Arsenal”a məğlubiyyəti zamanı Bellinqemin Bukayo Sakanın qulağına nəsə pıçıldadığı məqama toxunan Brassell, Bellinqhemin İspaniyanın paytaxtında “şərtsiz” sevgi qazandığını söyləyib.
“Bu, onun Madriddə niyə belə qeyd-şərtsiz sevildiyinə dair kiçik bir ipucudur, Kriştiano Ronaldo heç vaxt belə sevilməyib. Ona heyran olublar və hörmət edilib, lakin heç vaxt Bellinqem kimi sevilməyib. İndi siz düşünürsünüz ki, “Yaxşı, Kriştiano Ronaldo hər oyunda birdən çox qol vurubsa, bu necə ola bilər? Amma siz Dortmundda Cudun izdihamla necə qarşılıqlı əlaqədə olduğunu görübsünüz. Bu, sadəcə olaraq, stadionda olan azarkeşləri oyunun bir parçası kimi hiss etdirməsidir Və məncə, Madrid mediası hər kəsin “Real”da belə davranmasını gözləyir”, – Endi bildirib.
Aut.az
