İngiltərəİspaniya

“Qızıl top”u qazandıqdan sonra ona ilk zəng edən futbolçu kim olub?

“Mançester Siti”nin yarımmüdafiəçisi Rodri “Qızıl top” mükafatı verildikdən sonra ona zəng edən ilk futbolçunun adını açıqlayıb.

Aut.az xəbər verir ki, Rodri həmin futbolçunun “Real”ın  Madridin müdafiəçisi Dani Karvaxal olduğunu bildirib.

“Qızıl top” mərasimini tərk edəndə mənə ilk zəng Dani Karvaxaldan oldu. Məni təbrik etdi. O, həm də “Qızıl top”u qazanmağa layiq idi. Biz çox yaxınıq, xüsusən indi ikimizdə də ön çarpaz bağ zədələri var. Eyni dəyərlərimiz var”, – “Movistar” Rodrinin sözlərini sitat gətirib.

Aut.az