İspaniya

“Barsa”dan o pulu 3-4 ilə alıb: “Vilyarreal”la məhkəmədə çəkişir

“Barselona”nın keçmiş baş məşqçisi Kike Seten Kataloniya klubunun kompensasiyanı tam ödədiyini bildirib.

Aut.az xəbər verir ki, Seten “El Larguero” verilişində bildirib.

“Barsa mənə kompensasiyanı üç-dörd il ödəməli oldu, amma indi bütün öhdəliklərini yerinə yetiriblər və artıq mənə heç nə borclu deyillər.

Təxminən iki il yarım keçməsinə baxmayaraq, “Vilyarreal”dan heç bir ödəniş almamışam. Məsələ məhkəmədə həll olunur. Haqqım olanı əldə edə bilməyim üçün məhkəmənin qərarını bir il yarımdır gözləyirik”, – Seten deyib.

Seten 2020-ci ilin yanvar ayından avqust ayına qədər “Barselona”ya rəhbərlik edib. O, 2022-ci ilin oktyabrından 2023-cü ilin sentyabr ayına qədər “Vilyarreal”da çalışıb və oradan da qovulub.

Aut.az