İspaniya

Yeni müqavilənin maliyyə şərti: “Atletik”də bu qədər alacaq

Niko Uilyamsın “Atletik”lə yeni müqaviləsinin təfərrüatları məlum olub.

Bilbao klubu iyulun 4-də 22 yaşlı vingerin müqaviləsinin 2035-ci ilə qədər uzadıldığını açıqlayıb.

Aut.az xəbər verir ki, insayder Fabritsio Romanonun sözlərinə görə, yeni müqaviləyə əsasən Uilyamsın maaşı vergilərdən sonra ildə 10 milyon avrodan çox olacaq.

“Bavariya” Nikoya 12 milyon avro təklif etmişdi, lakin qeydiyyat problemlərinə görə “Barselona”ya keçidi uğursuzluğa düçar olduqdan sonra oyunçu “Atletik”də qalmağa qərar verdi.

Aut.az