Şahmat dünyasında qalmaqal: Rus çexi məhkəməyə verdi
Beynəlxalq Şahmat Federasiyası rusiyalı şahmatçı Vladimir Kramnikin çexiyalı həmkarı David Navaraya qarşı qaldırdığı iddiaya reaksiya verib.
Aut.az xəbər verir ki, FİDE bununla bağlı sosial şəbəkələrdə məlumat yayıb.
Qurum qeyd edib ki, iki şahmatçı arasında məhkəmə çəkişməsi oyunun və dünya şahmatının reputasiyasına mənfi təsir göstərəcək. Əgər Kramnikin Navaraya qarşı ədalətli oyunla bağlı iddiaları varsa, o, FİDE-nin müvafiq qurumlarına müraciət etməlidir.
Bundan əlavə, federasiya 13 qat Çexiya çempionunu dəstəkləyərək, onun təmiz reputasiyasını qeyd edib.
Vladimir Kramnik onlayn turnirin statistikasını dərc etdi. Statistikaya görə Navara gedişlərin dəqiqliyinə görə ilk üçlükdə olub. Kramnik bu məlumatı “Aldadıcı çərşənbə axşamı” etiketi ilə qeyd edib.
Buna cavab olaraq çex rusiyalının əsassız ittihamları ilə bağlı FİDE-yə şikayət edib və o, Navaraya qarşı böhtan iddiası ilə məhkəməyə müraciət edib.
Bundan sonra Navara onlayn platformalardan birində təhlükəli psixi sağlamlığından danışdığı bir mətn dərc edib və Kramnikdən gələn ittihamların onu az qala intihara sövq etdiyini bildirib.
Aut.az
