İngiltərə

Reşfordun “Yunayted” macərası bitdi: 10 nömrəni görün kimə verdilər

“Mançester Yunayted” Markus Reşfordun nümayəndələrinə bildiriblər ki, əvvəllər ona məxsus olan 10 nömrəli forma “qırmızı şeytanlar”ın yeni hücumçusu Mateus Kuna  veriləcək.

Aut.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Mənbənin sözlərinə görə, bu, ingilis futbolçunun “Mançester Yunayted”lə bağlı karyerasının sonu deməkdir. Reşford “Barselona”ya keçməyi xəyal edir, bu, onun gələcəyi üçün prioritet seçimdir.

27 yaşlı hücumçu “qırmızı şeytanlar”ın yetirməsidir. “Mançester Yunayted”in böyük komandasının tərkibində Reşford bütün yarışlarda 426 oyun keçirib, 138 qol vurub və 77 məhsuldar ötürmə verib. Futbolçunun əmək müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.

“Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 50 milyon avrodur.

Aut.az