KDÇ: Yarımfinalın ilk cütü müəyyənləşdi
Hazırda ABŞ-da keçirilən klublararası dünya çempionatının yarımfinal mərhələsinin ilk cütü müəyyənləşib.
Aut.az xəbər verir ki, finala vəsiqə uğrunda Braziliya “Fluminense”si ilə İngiltərə “Çelsi”si mübarizə aparacaq.
1/4 finalda “Fluminense” Səudiyyə Ərəbistanının “Əl-Hilal” (Ər-Riyad) klubuna 2:1 hesabı ilə qalib gəlib. “Çelsi” Braziliya “Palmeyrası”nı (San-Paulu) eyni hesabla məğlub edib.
“Fluminense” və “Çelsi” komandaları arasında yarımfinal oyunu iyulun 8-dən 9-na keçən gecə Şərqi Ruterfordda (ABŞ, Nyu-Cersi) keçiriləcək.
Aut.az
