Anası oğlunun uğuru üçün özünü necə fəda edib? – FOTO
“Real” və İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellinqemin anası Denis Bellinqem oğlunun futboldakı uğurunun vacib bir hissəsidir.
Aut.az xəbər verir ki, məşhur “Instagram” hesabı “FC Motivate”, bir ananın oğlunun karyerası naminə maraqlarını necə qurban verməsi haqqında hekayə paylaşıb:
“Gənc yaşlarından Denis oğlunu məşqə apardı, onun arzusunu dəstəklədi və diqqətini məqsədinə çatmağa yönəltməyə kömək etdi.
Cud 17 yaşına çatanda “Borussiya Dortmund” onunla müqavilə imzaladı – Denise yeni ölkədə tək qalmaması üçün oğlu ilə getməyə qərar verdi.
Dortmundda ana oğlu üçün ev hissi yaratdı və buna görə də heç vaxt vətən həsrəti hiss etmədi. Denis, Cudun təvazökar olmasını, futbol xəyallarına fokuslanmasını və pis təsirlərdən qaçmasını təmin etdi.
Yemək bişirdi, onu matçlara apardı, Cud üçün qalan yalnız oyununa diqqət yetirmək idi.
Ana oğluna əsas karyera qərarları verməyə kömək etdi – Dortmundun təklifini qəbul etməkdə israr edən, böyük klubların təkliflərini rədd edən o idi.
Denis oğlunun həyatında və karyerasında ən böyük çətinliklər zamanı həmişə onun yanında olub.
İndi Cud Bellinqem dünyanın ən böyük stadionlarında parlayır, lakin onun uğurunun arxasında duran və arzusuna ilk inanan anası idi. İstənilən uğurlu insanın arxasında ona inanan biri var”.


Aut.az
