Dünya futbolu

“İnter Mayami” rəsmisi Messi ilə bağlı planlarını açıqladı

“İnter Mayami” rəhbərliyi hücumçu Lionel Messinin klubla müqaviləsini uzadacağına ümid edir.

Aut.az xəbər verir ki, bu barədə ABŞ təmsilçisinin idarəçiçisi Xorxe Mas bildirib. “Mən Messini 2026-cı ildə yeni stadionumuzda görəcəyimi gözləyirəm”, – deyə klub rəsmisi açıqlama verib.

37 yaşlı Lionel Messinin Florida təmsilçisi ilə mövcud sözləşməsinin müddəti 2025-ci il dekabrın 31-də başa çatır.

Qeyd edək ki, bu mövsüm argentinalı ulduz 22 matçda iştirak edib, 21 qol vurub və 11 məhsuldar ötürmə verib.

Aut.az