Futbol məhv olur: İndi qərar verən hakim deyil, televiziyadır
FİFA-nın keçmiş prezidenti Yozef Blatter futbolda yeni tendensiyaları və yeni texnologiyalardan istifadəni tənqid edib.
“İndi futbol yanlış istiqamətdə gedir. Demək olar ki, hər şəkildə. Biletlər bahalaşır. Futbolçulara daha çox təzyiq, mədəni birlik əvəzinə meydanda daha çox düşmənçilik. Mən həm də ofsaydların, qolların və faulların müəyyən edilməsində yeni texnologiyaların əleyhinəyəm. İndi qərar verən hakim deyil, televiziyadır. Hakimlərə hörmət bütün dövrlərdə futbolun əsas xarakter xüsusiyyətlərindən biri olub”, – “Watson” Blatterin sözlərindən sitat gətirib.
İsveçrəli Yozef Blatter 1998-ci ilin iyunundan 2015-ci ilin oktyabrınadək FİFA-ya rəhbərlik edib. 2015-ci ilin dekabrında korrupsiya qalmaqallarına görə FİFA Etika Komitəsi tərəfindən 8 il müddətinə futbol fəaliyyətindən uzaqlaşdırılıb.
Aut.az
