Erik ten Haq “Qarabağ”ın rəqibinə qayıdır?
“Mançester Yunayted”in və “Bayer Leverkuzen”in keçmiş baş məşqçisi Erik ten Haq məşqçiliyə qayıtmağa yaxındır.
Aut.az xəbər verir ki, 55 yaşlı mütəxəssisin “Ayaks”a təyinat almaq variantı yaranıb.
“Mirror” iddia edir ki, Amsterdam klubu 2018-2022-ci illərdə komanda ilə çalışmış ten Haqı geri qaytarmaq istəyir.
Çox güman ki, Conni Heytinqa yaxın vaxtlarda klubu tərk edəcək. Bildirilir ki, yanvarda məşqçi dəyişikliyi mümkündür.
May ayında “Ayaks”ın texniki direktoru Aleks Kruz Eriklə işləməkdə maraqlı olduqlarını təsdiqləmişdi.
Qeyd edək ki, “ayaks” Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ”ın rəqibidir.
Aut.az
