İttiham etdi: 15 futbolçumuzu əlimizdən aldınız
“Şaxtyor”un baş direktoru Sergey Palkin bildirib ki, müharibə səbəbindən əcnəbi futbolçuların Ukrayna komandalarını pulsuz tərk etməsinə icazə verən FİFA qaydası kluba ciddi itkilər verib.
Aut.az xəbər verir ki, Palkin buna görə FİFA-nı kəskin tənqid edib.
“Mən FİFA-nın reqlamentə 7-ci Əlavənin tətbiqi ilə bağlı ədalətsiz və etibarsız qərarını vurğulamaq istərdim ki, bu da oyunçulara müharibə səbəbindən müqavilələri pozmağa icazə verdi.
Bu əlavəni əsas götürən təxminən 15 oyunçu komandadan pulsuz ayrıldı. Klub investisiyalarını itirdi və böyük itkilər verdi”, – Palkin deyib.
Aut.az
