“Arsenal”ın futbolçusu 3 klubun hədəfində
Üç Avropa klubu “Arsenal”ın və Ukrayna millisinin yarımmüdafiəçisi Aleksandr Zinçenkonu transfer etməkdə maraqlıdır.
Aut.az xəbər verir ki, bu barədə “Caught Offside” məlumat yayıb.
Bir neçə gün əvvəl marağı barədə xəbərlər yayılan “Porto”dan başqa, İspaniyanın “Betis”i və Türkiyənin “Fənərbaxça”sı da oyunçunu heyətinə qatmaq istəyir.
“Arsenal” ötən mövsümdə Mikel Artetanın əsas heyətində yerini itirən futbolçunu satmağa hazırdır.
Zinçenkonun transfer dəyəri 20 milyon avro qiymətləndirilir. Ötən mövsüm 28 yaşlı ukraynalı bütün turnirlərdə 23 matçda 1 qol və 1 assistlə yadda qalıb. O, 2022-ci ilin yayında “Mançester Siti”dən 35 milyon avroya “Arsenal”a keçib.
Aut.az
