Oğlu da Ronaldodan geri qalmır: Vurduğu qolu onun kimi qeyd etdi – VİDEO
“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldonun oğlu Səudiyyə Ərəbistanında yavaş-yavaş ulduza çevrilir.
Aut.az xəbər verir ki, buna atasının nailiyyətləri deyil, öz çıxışları səbəb olur.
Ronaldo Junior Ər-Riyad klubunun U-16 komandasının son Gənclər liqası matçında qol vurub. Kriştiano komanda yoldaşının ötürməsini dəqiq zərbə ilə tamamlayıb.
Portuqaliyalı futbolçunun oğlu qolu atasının üslubunda – künc bayrağında “Siuu” sevinci ilə qeyd etmək qərarına gəlib.
Aut.az
View this post on Instagram
