İtaliya

De Xea daha bir nəhəng klubun transfer siyahısına düşdü

“Yuventus” “Fiorentina”nın qapıçısı David De Xea ilə maraqlanır.

Aut.az xəbər verir ki, bu barədə “TuttoMercatoWeb” məlumat yayıb.

Bildirilir ki, Turin klubunun rəhbərliyi komandanın hazırkı əsas qapıçısı Mişel Di Qreqorionun oyun səviyyəsindən narazıdır. “Ağ-qaralar” növbəti mövsüm üçün yeni, daha təcrübəli qapıçı axtarışındadır. “Yuve” hətta “Fiorentina”ya birbaşa qapıçı mübadiləsi təklif edə bilər.

De Xeanın keçmiş klubu “Mançester Yunayted” də onunla maraqlanır. Bununla belə, “Fiorentina” 34 yaşlı qolkiperi növbəti mövsümdə komandada saxlamaq niyyətindədir.

Qeyd edək ki, David keçən il azad agent statusu ilə transferlə Florensiya klubuna keçib. Bu mövsüm o, bütün turnirlərdə 33 matçda iştirak edib, 35 qol buraxıb və 11 matçda qapısını təmiz saxlayıb.

Aut.az