İtaliya

“Barselona”nın sabiq kapitanı Fabreqasa təklif edildi

“Barselona”nın keçmiş yarımmüdafiəçisi Serxi Roberto karyerasını Komoda davam etdirə bilər/

Aut.az xəbər verir ki, bu barədə tanınmış insayder Nikolo Şkira məlumat yayıb.

Mənbənin sözlərinə görə, 32 yaşlı futbolçunun nümayəndələri onun xidmətini İtaliya klubuna təklif ediblər.

“Komo”nun baş məşqçisi Roberto ilə Kataloniya komandasında oynamış “Barselona”nın keçmiş yarımmüdafiəçisi Sesk Fabreqasdır.

Serji Roberto “Barselona”nın yetirməsidir. 2023/24 mövsümündə futbolçu komandanın heyətində bütün yarışlarda 24 oyuna 3 qol vurub və 3 məhsuldar ötürmə edib. O, eyni zamanda komandanın kapitanı olub. 2023/24 mövsümünün sonunda  ispaniyalı yarımmüdafiəçi müqaviləsinin müddəti başa çatdığı üçün klubu tərk edib.

Aut.az