“Napoli” 2025-ci ilin ən yaxşı ev komandasıdır
“Napoli” A Seriyasının 12-ci turunda “Atalanta” üzərində 3:1 hesablı qələbə qazanıb.
Aut.az xəbər verir ki, Opta-nın məlumatına görə, “Napoli” 2025-ci ildə çempionat çərçivəsində ev oyunlarında məğlub olmayan beş aparıcı Avropa liqasının yeganə komandasıdır (2025/26 mövsümündən əvvəl elitaya yüksələn klublar nəzərə alınmadan).
Antonio Kontenin komandası bu müddətdə 12 qələbə qazanıb, 4 dəfə isə heç-heçə qeydə alınıb.
Aut.az
