Gözü doymur: İtaliya klubunun da tam sahibi olmaq istəyir
Rusiya biznesmeni Sergey Lomakin “Udineze” klubunun tam sahibi olmaq istəyir.
Aut.az xəbər verir ki, bu barədə “Mash na sporte” “Telegram” kanalı məlumat yayıb.
Məlumata görə, Lomakin klubun səhmlərini bir il yarım əvvəl alıb və indi tam sahiblik imkanını araşdırır.
Lomakin artıq birinci liqada çıxış edən “Rodina”nın sahibidir və Kiprin “Pafos”, Latviyanın “Riqa”, Sloveniyanın “Çelye” klublarının, eləcə də BƏƏ-dən “Dubai United”in həmsahibidir.
Qeyd edək ki, 11 turun sonunda “Udineze” 15 xalla İtaliya Seria A-sında 10-cu pillədədir.
