“Yuventus”un qalmaqallı prezidenti vəfat etdi
“Yuventus”un sabiq prezidenti və Anyelli ailəsinin uzunillik hüquqşünası Franço Qrande Stivens vəfat edib.
Aut.az xəbər verir ki, bu barədə Turin klubunun mətbuat xidməti məlumat yayıb.
Məşhur hüquqşünasa 96 yaşında dünyasını dəyişib. 2003–2006-cı illərdə “biankoneri”nin prezidenti olub. Lakin daha sonra “Kalçopoli” kimi tanınan korrupsiya qalmaqalının başlaması ilə onu vəzifəsində Covanni Cilli əvəz edib
Buna baxmayaraq, Stivens klubun fəxri prezidenti olaraq qalıb və “Yuventus”un tarixində önəmli fiqur olaraq yaddaşlara həkk olunub.
Franço Qrande Stivens 1954-cü ildən vəkil kimi fəaliyyət göstərib, Anyelli ailəsinə məxsus olan “Fiat” konsernində vitse-prezident vəzifəsini icra edib və ailənin biznes imperiyasının hüquq müşaviri olub.
Qeyd edək ki, onun “Kalçopoli” qalmaqalının nəticələrinə dair tutduğu mövqe də zaman-zaman müzakirə olunub. Çünki o, klubun günahını qəbul etməsinə qarşı çıxıb və apellyasiya mərhələsində “Yuventus”un adını qorumaq uğrunda mübarizə aparmağa hazır olub.
Xatırladaq ki, bir müddət öncə “Yuventus”a sabiq prezident Andrea Anyellinin geri dönə biləcəyi barədə xəbərlər yayılıb.
Aut.az

