Dünya futboluİtaliya

Prezident zorlamaya görə həbs olunan ulduz futbolçudan danışdı

Braziliya prezidenti Luiz İnasio Lula da Silva zorlamaya görə həbs olunan milli komandanın sabiq futbolçusu Robinyo haqqında danışıb.

Aut.az xəbər verir ki, o, “Milan” “Real”və “Mançester Siti” kimi klubların sabiq üzvünün cəzasını vətənindəki həbsxanada çəkməli olduğunu deyib.

“Robinyo İtaliyada məhkum edilsədə və cəzasını Braziliyada çəkməlidir. Onunla bağlı bu ay qərar verəcək. Ümid edirəm ki, məsuliyyətsizliyinin bədəlini sonuna kimi ödəyəcək. Zorlama törədən bütün insanlar həbsxanada qalmalıdır”, – deyə dövlət başçısı bildirib.

Sabiq futbolçu qrup şəklində zorlamada təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib. O, 2017-ci ildən cəzasını Braziliyada çəkir. Futbolçu isə cinayəti 2013-cü ildə, hələ İtaliyada oynayarkən törədib.

Qeyd edək ki, İtaliya prokurorluğunun nümayəndələri Robinyonun ekstradisiyası tələbi ilə Braziliya hakimiyyətinə müraciət ediblər. Bununla belə, Braziliya öz vətəndaşlarını ekstradisiya etmir, qərar bu ay keçiriləcək məhkəmədə veriləcək.