Dünya futbolu

Super Liqaya zərbə: Avropa İttifaqı qeydə almaqdan imtina etdi

Avropa İttifaqının Əqli Mülkiyyət Ofisi (EUIPO) Super Liqanın öz ticarət nişanının qeydiyyatından imtina etmək qərarına gəlib.

Aut.az xəbər verir ki, bu barədə “Sport.es” məlumat yayıb.

Mənbənin sözlərinə görə, indi “A22 Sports Management” tərəfindən hazırlanan bu futbol layihəsi Avropa səviyyəsində “The Super League” brendindən istifadə edə bilməyəcək və başqa ad axtarmağa məcbur olacaq.

Superliqanın adı Danimarka çempionatı – Superliqen ilə oxşar olduğu üçün onun ticarət nişanını qeydiyyatdan keçirməsinə icazə verilmədiyi vurğulanır.

EUIPO bildirib ki, layihəyə əmtəə nişanını qeydiyyatdan keçirməyə icazə verilməsi Super Liqaya Danimarka çempionatı ilə müqayisədə potensial olaraq əlavə üstünlüklər verəcək.

Aut.az