Dünya futbolu

Onu zorlamada ittiham edən qadınlardan 1,25 milyon avro tələb edir

Yaponiya milli komandasının və Fransanın “Reyms” klubunun futbolçusu Junya İto onu zorlamada ittiham edən qadınlardan 1,25 milyon avro tələb etmək üçün məhkəməyə müraciət edib.

Aut.az xəbər verir ki, bu barədə “Japan Times” Itonun vəkilində  sitat gətirib.

“Qadınların etdikləri çox zərərli idi. Onlar Asiya Kuboku zamanı Itonu sarsıtmaq üçün şikayət verdilər”, – vəkil bildirib.

Mülki iddiada Itonun vəkili iki qadının ona qarşı saxta ittihamlar irəli sürdüyünü iddia edir. Qadınlar Osaka prefekturasının polisinə İto və onun məşqçisini cinsi təcavüzdə ittiham edərək, cütlüyün cinayət cəzası ilə üzləşməsini təmin etmək məqsədi ilə cinayət işi qaldırıblar. Nəticədə sponsorlar İto ilə müqavilələri ləğv edərək, futbolçuya maddi ziyan vurublar.

Eyni zamanda İto tərəfi ittihamların tamamilə əsassız olduğunu bildirib və saxta ittihamlara görə cinayət işinin açılmasını tələb edib. İto iki qadınla vaxt keçirsə də, şikayətdə onların ittihamlarının uyğunsuz olduğu və iddialarını dəstəkləyəcək heç bir fiziki sübut olmadığı bildirilir.

Aut.az