Dünya futbolu

“Mançester Siti” Super Kubokun da qalibi oldu

UEFA Super Kubokunun qalibi müəyyənləşib.

Aut.az xəbər verir ki, həlledici oyunda Çempionlar Liqasının qalibi “Mançester Siti” ilə Avropa Liqasının qalibi “Sevilya” üz-üzə gəlib.

İngiltərə və İspaniya təmsilçiləri Yunanıstanda, Georgios Karaiskakis adına stadionda üz-üzə gəliblər. Penaltilərlə qalib gələn “Mançester Siti” daha bir titula sahib çıxıb.

UEFA Super Kuboku
16 avqust

Mançester Siti – Sevilya 1:1 (penaltilər 5:4)
Qollar
: Palmer, 63 – En Nesiri, 25.
Yunanıstan. “Georgios Karaiskakis” stadionu.