Mbappe FİFA-nı belə ifşa etdi – FOTOFAKT
“Real”ın hücumçusu Kilian Mbappe klublararası dünya çempionatının 1/4 final mərhələsində Dortmund “Borussiya”sına qarşı keçirilən oyundan (3:2) paylaşdığı fotolarla sosial şəbəkələrdə izləyicilərini güldürüb.
Aut.az xəbər verir ki, fransalı futbolçu qarşılaşmadan bir neçə şəkil yayımlayıb. İlk fotoda onun vurduğu qol əks olunub, lakin arxa planda tribunalardakı azarkeşlər olduqca qeyri-təbii görünür. Bu detal istifadəçilərin diqqətindən yayınmayıb. Bəziləri tribunaların dolu görünməsi üçün fotonun redaktə edildiyini iddia edib.
Mbappenin bəzi izləyicilərinin şərhləri belə olub:
- “Ey, Kilian, növbəti fotoya fotoredaktə lazım olsa, mən kömək edə bilərəm…”
- “Azarkeşlər süni intellektdir, onlar real deyil”
- “Gözəl fotoşop”
- “Heç olmasa normal bir redaktora pul verin, tribunaları düz-əməlli montaj etsin”
- “Süni publika mükəmməldir”
Qeyd edək ki, FİFA-nın məlumatına əsasən, həmin oyunu tribunadan 76 611 tamaşaçı izləyib. Bu, turnirdəki ən yüksək ikinci göstəricidir. Rekord isə PSJ – “Atletiko” oyunu zamanı qeydə alınıb – 80 619 azarkeş.
Aut.az

