Dünya futbolu

“Ayaks” – “Real”: Əfsanələrin duelində 3 qol – VİDEO

“Ayaks”ın əfsanələri Niderland klubunun 125 illiyinə həsr olunmuş yoldaşlıq görüşündə “Real”ın əfsanələrinə 2:1 hesabı ilə qalib gəlib.

Aut.az xəbər verir ki, oyun Amsterdamdakı “Yohan Kroyf” adına stadionda 55 minə yaxın azarkeşin iştirakı ilə keçirilib.

41-ci dəqiqədə Şota Arveladze “Ayaks”ı hesabda önə keçirib. 88-ci dəqiqədə Sim de Yonq meydan fərqi ikiyə çatdırıb. Matçın əsas vaxt əlavə edilmiş dəqiqələrdə “Real” bir qol vurub. Ruben de la Red fərqlənib.