Bu hərəkətə görə bütün futbolçular min avro cərimələndi – ŞOK VİDEO
Belçikanın “Vesterlo” və “Genk” komandalarının bütün futbolçuları Belçika çempionatının 30-cu turunun matçındakı (1:1) davranışa görə 1000 avro cərimələnib.
Aut.az xəbər verir ki, bundan əlavə, məşqçilər və komanda kapitanları diskvalifikasiya edilib.
1:1 hesablı nəticə hər iki komandaya sərf edib. Çünki “Genk” çempionluq qrupunda yerini (ilk 6-lıqda) təmin edib, “Vesterlo” liqada yerini qoruyub və 7-12-ci yerlər uğrunda mübarizə aparacaq qrupda yer alıb.
Oyunun sonunda hər iki komanda hücum etmədən topu meydan boyu hərəkət etdiriblər. Belçika mətbuatı xəbər verir ki, buna görə “Vesterlo”nun və “Genk”in bütün futbolçuları cərimələnib. Belçika federal prokurorluğu işə qarışıb.
Aut.az
🤔 | KVC Westerlo en KRC Genk hielden het na de gelijkmaker voor bekeken. 🤝👀 #WESGNK pic.twitter.com/7zNQHQvi5Y
— DAZN België (@DAZN_BENL) March 17, 2024
