Dünya futbolu

Millimizin üzvü “Alkmaar”a qarşı oynadı?

Niderlandda Erediviziyanın 2-ci tur oyunları keçirilir.

Aut.az xəbər verir ki, Azərbaycan millisinin vingeri Ozan Can Kökcunun çıxış etdiyi “Volendam” səfərdə “Alkmaar”la qarşılaşıb və oyun 2:2 hesabı ilə başa çatıb. Kökcu start heyətdə meydana çıxıb və hesab 1:2 olarkən 61-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, hazırda “Volendam” 2 xalla turnir cədvəlində 11-ci pillədə qərarlaşıb.