Enrike hələ də ümidini itirmir: Fikirləşər və son anda…
PSJ-nin baş məşqçisi Luis Enrike, mövsümün sonunda ayrılacağı ilə bağlı xəbərlərə baxmayaraq, Kilian Mbappenin klubda qalacağına ümidini itirmir.
Aut.az xəbər verir ki, mətbuatda Mbappenin mövsümün sonunda klubdan ayrılacağı və “Real”a keçəcəyi bildirilir.
Bu məlumat hələ heç bir tərəf tərəfindən təsdiqlənməyib və Enrike 25 yaşlı futbolçunun Paris klubunda qalma şansının olduğuna inanır.
“Mən hələ də ümid edirəm ki, Kilian fikrini dəyişəcək. Hazırda heç nə deməyib, fikrini dəyişə bilər. Təsəvvür edək ki, bu mövsüm dörd titulun hamısını qazanırıq və Kilian son anda qərar verir… Onun Parisə aid olduğu qərar. Niyə də yox? Baxacağıq”, – deyə Enrike bildirib.
Aut.az
