Şeyxlərin Benzema planı: Başqa klubda da olsa…
“Əl İttihad”ın hücumçusu Kərim Benzemanın gələcəyi qeyri-müəyyən olaraq qalır.
Aut.az xəbər verir ki, jurnalist Fabritsio Romanonun sözlərinə görə, 36 yaşlı forvardın gələcəyini müzakirə etmək üçün tezliklə yeni görüşlər keçiriləcək. Onun “Əl-İttihad”la münasibətləri gərgin olaraq qalır.
Səudiyyə liqasının rəsmiləri Benzema başqa kluba keçsə belə, onun liqada qalmasını istəyir.
Kərimin Avropaya qayıdışı ancaq maaşın külli miqdarda azalması ilə mümkündür.
Bundan əvvəl fransalı futbolçunun “Əl-İttihad”ın düşərgəsinə 17 gün gəlməsi klubu hiddətləndirmişdi. Hücumçunun ətrafı Kərimin “Mavrikiydəki siklon səbəbindən” vaxtında gəlmədiyini iddia etsə də, o, komandanın düşərgəsindən kənarlaşdırılıb .
Səudiyyə Ərəbistanı çempionatı fevralda bərpa olunacaq. “Əl-İttihad” səfərdə “Əl-Tai” ilə qarşılaşacaq.
Benzema Səudiyyə klubunun heyətində 20 matçda 12 qol vurub, 5 məhsuldar ötürmə edib.
Aut.az
