Görün Levandovski nə günə qalıb – 63 dəqiqə ərzində…
Robert Levandovski “Barselona”nın ən pis oyunçusu seçilib.
Aut.az xəbər verir ki, qiymətləndirməni “Marca” nəşri “Betis”lə oyuna görə müəyyən edib.
Forvard La Liqanın 21-ci turunda keçirilən oyunun (4:2) 63-cü dəqiqəsində əvəzlənib. Meydanda keçirdiyi bir saat ərzində Levandovskinin qapıya zərbəsi olmayıb , 12 ötürmədən 7-si isə qeyri-dəqiq olub.
Levandovski “Betis”lə oyun üçün “Marca”dan qiymət əvəzinə D işarəsi alan yeganə “Barselona” oyunçusu olub.
Bu mövsüm 35 yaşlı Levandovskinin La Liqada 18 matçda 8 qolu var.
Aut.az
