Basketbol

Olimpiya çempionu vəfat etdi

1972-ci il Olimpiya Oyunlarının çempionu, basketbolçu Anatoli Polivoda vəfat edib.

Aut.az xəbər verir ki, o, 76 yaşında həyatla vidalaşıb. Bu barədə Ukrayna Basketbol Federasiyasının rəsmi saytında məlumat verilib.

Olimpiadada qalib gəldikdən sonra Polivoda səhhətindəki problemlərə görə 25 yaşında karyerasını başa vurub. Daha sonra ona “Wolff-Parkinson-White” sindromu diaqnozu qoyulub.

Hal-hazırda 1972-ci il SSRİ olimpiya basketbol komandasının iki üzvü – Modestas Paulauskas və İvan Edeşko yaşayır.