Bellinqemdən “Real”a bədxəbər
“Real” ciddi itki ilə üzləşib.
Aut.az xəbər verir ki, Madrid klubunun yarımmüdafiəçisi Cud Bellinqem La Liqanın son turunun “Almeriya” ilə matçının (3:2) əsas vaxtına əlavə olunmuş 11-ci dəqiqədə sarı vərəqə alıb.
O, cari La Liqa mövsümündə 5-ci dəfə analoji cəzaya məruz qalıb. Bu da Bellinqemin avtomatik olaraq bir oyunluq diskvalifikasiya edilməsi deməkdir.
Beləlik ki, “qalaktikos”un lider La Liqanın 22-ci turunda yanvarın 27-də baş tutacaq “Las Palmas”la oyunu buraxmaq məcburiyyətində qalıb.
