“Monako”ya transfer qadağası qoyuldu və cərimələndi
Avropa Basketbol Liqasının rəhbərliyi “Monako” komandasına transfer qadağası tətbiq edib.
Aut.az xəbər verir ki, eyni zamanda klub 300 min avro məbləğində cərimələnib.
“EuroLeague”-in yaydığı açıqlamaya görə, Maliyə Komissiyası – müstəqil tənzimləyici orqan “Monako”nun Basketbol EuroLeague İntizam Qaydalarının 32(a), 32(c) və 32(e) maddələrini pozduğunu aşkar etdikdən sonra sanksiya tətbiq edib. Pozuntulara gecikmiş kreditor borcu, tələb olunan maliyyə sənədlərinin təqdim edilməməsi və İdarəetmə Nəzarəti Komissiyası (MCC) ilə əməkdaşlıq etməmək daxildir.
MCC, klubların maliyyə göstəricilərini və qaydalara riayət etməsini qiymətləndirmək üçün məsul müstəqil orqandır və 10 noyabr 2025-ci il tarixində işi Maliyə Komissiyasına göndərib. Komissiya işə baxaraq müvəqqəti olaraq “Monako”nun yeni oyunçu və məşçiləri qeydiyyatdan keçirməsini qadağan edib.
Hazırda verilmiş yekun qərara görə, bu müvəqqəti transfer qadağası bütün gecikmiş borclar tam ödənilənədək və ya rəsmi razılaşma əldə olunana qədər qüvvədə qalır.
Maliyə Komissiyası qərarında pozuntuların ciddiliyini vurğulayaraq həm maliyyə, həm də prosedur qaydalarının pozulmasını əsas gətirib.
“Monako” klubunun bu qərara qarşı İdman Arbitraj Məhkəməsində (CAS) apellyasiya vermək hüququ vardır.
Aut.az
