Basketbol

NBA-da mövsümün ən dəyərli oyunçusu bəlli oldu

“Oklahoma Siti”nin basketbolçusu Şey Qilces-Aleksander 2025-26 mövsümündə NBA-nın “Ən Dəyərli Oyunçusu” (MVP) mükafatına layiq görülüb.Aut.az xəbər verir ki, bu barədə ESPN məlumat verib.

Beləliklə, 2025/2026 mövsümündə Şey ardıcıl ikinci MVP titulunu qazandı və liqa tarixində bu nailiyyəti əldə edən 14-cü oyunçu olub.

O, meydanda keçirdiyi 66 müntəzəm mövsüm oyununda orta hesabla 31,1 xal, 6,6 məhsuldar ötürmə, 4,3 ribaund, 1,4 topalma və 0,8 blok-şotla yadda qalıb.

Qeyd etmək lazımdır ki, 2017-ci ildən bəri bu mükafat yalnız beynəlxalq oyunçular tərəfindən qazanılıb. NBA MVP mükafatını sonuncu dəfə bir amerikalı 2017-2018 mövsümündə qazanıb və o zaman “Hyuston Rokets”in oyunçusu Ceyms Harden mükafata sahib çıxıb.

Aut.az

Определился самый ценный игрок НБА сезона-2025/2026