Dünya futbolu

Kombuare də qovuldu

 “Nant”ın baş məşqçisi Antuan Kombuare istefaya göndərilib.

O, 2021-ci ilin fevralında komandaya rəhbərlik edirdi.

İstefaya səbəb uğursuz mövsüm göstərilir. Komanda 11 matçdır qalib gələ bilmir. Son oyunda doğma meydanda “Strasburq”a 0:2 hesabı ilə məğlub olduqdan sonra rəhbərlik baş məşqçi ilə yolları ayırmaq qərarına gəlib.

Liqa 1-in 34 turundan sonra “Nant” 32 xal toplayıb və turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, “Nant” Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer almışdı. Fransa təmsilçisi qrup mərhələsini 2-ci pillədə bitirərək pley-offa vəsiqə əldə etmişdi.

“Qarabağ” isə 3-cü yeri tutaraq Konfrans Liqasının pley-offuna yollanmışdı.

Aut.az