Üzr istədi – İstanbulda o olacaq
Şimon Marçinyak Çempionlar Liqasının final oyununu idarə edəcək.
Aut.az xəbər verir ki, UEFA polşalı hakimin üzr istədiyi açıqlamanı yayımlayıb. Marçinyak polşalı ultrasağ siyasətçi Slavomir Mençenin təşkil etdiyi tədbirə qatıldığı üçün üzrxahlıq edib. O qeyd edib ki, tədbirin hansı mahiyyət daşıdığını bilməyib.
Mençenin rəhbərlik etdiyi “Yeni Ümid” partiyası antisemitizim çıxışları ilə tanınır.
Xatırladaq ki, final matçı iyunun 10-da keçiriləcək.
