MY “Real”ın ulduzunu hədəfə aldı: Alonso ilə arası dəyəndən sonra
“Mançester Yunayted” “Real”ın yarımmüdafiəçisi Federiko Valverdenin transferi ilə maraqlanır.
Aut.az xəbər verir ki, bu barədə “Mirror” məlumat yayıb.
Məlumata əsasən, 27 yaşlı uruqvaylı futbolçu baş məşqçi Xabi Alonsonun idarəetmə tərzindən narazıdır və münasibətlər yaxşılaşmasa, klubdan ayrılmaq variantını nəzərdən keçirir. Bildirilir ki, “Yunayted” Valverdenin Madrid klubundakı vəziyyətini diqqətlə izləyir.
Bu mövsüm Valverde bütün turnirlərdə 17 oyuna çıxıb və 4 qol ötürməsi edib. Futbolçunun klubla müqaviləsi 2029-cu ilin iyununa qədər qüvvədədir. “Transfermarkt” onun dəyərini 130 milyon avro olaraq göstərir.
Aut.az
