Porno aktrisa Fiquya böhtan atırmış: Sözlərini geri götürdü
Keçmiş porno aktrisa Klaudiya Bavel Luiş Fiqo ilə bağlı fikirlərini geri götürüb.
Qeyd edək ki, bir müddət əvvəl Bavel “Real”ın sabiq qapıçısı İker Kasilyasla münasibətindən danışıb. Qız bildirib ki, Kasilyasla birlikdə göründüyü eyni tədbirdə Fiqo onunla getməyi təklif edib.
Söhbətin keçmiş qapıçının gözü qarşısında baş verdiyi iddia edilir.
20 ildən artıq isveçli model Helen Svedinlə münasibətdə olan “Barselona”nın və “Real Madrid”in keçmiş yarımmüdafiəçisi Bavelin sözlərini təkzib edib. O, onu böhtana görə məhkəməyə verəcəyini açıqlayıb.
İddia təhlükəsi ilə üzləşən keçmiş porno aktrisa ifadələrindən geri çəkilib. Onun maraqlarını təmsil edən agentlik, teleaparıcı Yola Berrokalın rəhbərlik etdiyi “Yola Berrokal Menecment” rəsmi açıqlama yayıb.
“Xanım Bavel və cənab Fiqu yalnız bir tədbirdə görüşdülər. Onların arasında hər hansı göstərişlər və ya təmaslar rədd edilir. Xanım Bavelin televiziya proqramındakı ifadələrindən irəli gələn hər hansı eyham və ya şərhlər geri götürülür. Bavel sözlərindən geri çəkilir.
Bu sözlərin onun imicinə və şəxsiyyətinə, həmçinin ailəsinə və peşəkar mühitinə vura biləcəyi zərərə görə Luiş Fiqudan üzr istəyirik”, – bəyanatda deyilir.
Luiş Fiqu heç bir şərh əlavə etmədən bu postu öz hesabında təkrar yerləşdirib.
Aut.az
