İngiltərə

“Siti”nin futbolçusu əməliyyat olundu – FOTO

İngiltərə Kubokunun 1/8 finalı çərçivəsində keçirilən “Plimut” görüşdə zədələnən “Mançester Siti”nin müdafiəçisi Natan Ake ayağından əməliyyat olunub.

Aut.az xəbər verir ki, bu barədə futbolçunun özü paylaşım edib.

“Bu, mənim üçün məyusedici bir mövsüm idi, amma indi məni çox narahat edən zədədən uğurlu əməliyyat keçirdim. Mən gələcəyə nikbin baxıram. İstirahət edirik, tezliklə görüşərik. Dəstəyiniz üçün təşəkkür edirik”,- deyə Ake yazıb.

Futbolçunun sağalması ilə bağlı dəqiq vaxt açıqlanmayıb. “Şəhərlilər”in baş məşqçisi Pep Qvardiola Akeni uzun müddətə itirdiklərini desə də, heç bir təfərrüat açıqlamayıb.

Bu mövsüm niderlandlı müdafiəçi “Mançester Siti”nin heyətində bütün yarışlarda 17 oyun keçirib.

Aut.az

 

View this post on Instagram

 

A post shared by Nathan Ake (@nathanake)