İngiltərə

Futbolçu ailəsinin sadə şam yeməyinin çeki – FOTO

“Çelsi”nin müdafiəçisi Tiaqo Silvanın həyat yoldaşı futbolçu ailəsinin tipik şam yeməyinin neçəyə başa gəldiyini açıqlayıb.

Aut.az xəbər verir ki, İzabel da Silva sosial şəbəkədə restoranda şam  yeməyi üçün etdikləri ödənişin çekini paylaşıb.

Qız sosial şəbəkələrdə “Sadə bir ailə yeməyi” yazıb.

Silva ailəsi ilə birlikdə Londonun mərkəzində yerləşən bahalı “Novikov” restoranına baş çəkmək qərarına gəlib. Şam yeməyi 900 funta başa gəlib.

Ailənin sifariş etdiyi ən bahalı yeməklərə kral xərçəngi (£95) və Pekin ördəyi (£85) olub.

Futbolçu ailəsinin sadə şam yeməyinin çeki – FOTO

Aut.az