İngiltərə

“Arsenal” onu almaq üçün iki ulduzunu satır

“Atletiko Madrid”in hücumçusu Julian Alvares “Arsenal”ın radarındadır.

Aut.az xəbər verir ki, insayder Əkrəm Konurun sözlərinə görə, London klubu bu yay argentinalı futbolçunu transfer etmək üçün iki oyunçusunu satmağa hazırdır: Kai Haverts və Qabriel Jesus.

Topçular” Alvaresin potensial 120 milyon avroluq transferini maliyyələşdirə biləcəklərinə ümid edirlər. Julian Alvares 2024-cü ildə 75 milyon avroya “Mançester Siti”dən “Atletiko Madrid”ə keçib.

Onun Madrid klubu ilə müqaviləsi 30 iyun 2030-cu ilə qədərdir. Bu mövsüm hücumçu bütün yarışlarda 46 oyuna çıxıb, 18 qol vurub və 9 məhsuldar ötürmə edib.

Aut.az