İtaliya

Görün özünü hansı əfsanələrdən üstün tutdu

İtaliya millisinin keçmiş hücumçusu Antonio Kassano özünü məşhur italyan futbolçularla müqayisə edib.

Aut.az xəbər verir ki, “Viva El Futbol” Kassanodan sitat gətirib.

“İnkişaf dövrümdə Totti, Del Pyero və ya Bacciodan daha yaxşı idim? Əlbəttə. Karyeramda və ya həyatımda heç vaxt bu səviyyəyə çatmasam da, yenə də özümü daha çox sevirəm.

Baccio möhtəşəmdir. Totti İtaliya futbolu tarixində ən böyük 10 nömrəli oyunçu idi. Del Pyero fenomenal oyunçu hesab olunurdu, amma mən 100%-ə çatsaydım, üçündən də güclü olardım.

Mən Tottidən hansı cəhətdən daha yaxşıyam? Bacciodan daha yaradıcı, fiziki cəhətdən daha güclü və hər şeydə Del Pyerodan daha yaxşı idim. O, məndən daha çox qol vurdu, amma mən özümün ən yaxşı dövrümdən danışıram.

Əgər mən qarşıma qoyulmuş məqsədə çatsaydım, rəqiblərim olmazdı. Qollar bütün hekayəni danışmır. Mən unikal idim”.

Aut.az