Avropa Liqası

Avropa Liqasında yarımfinalçılar müəyyənləşir

Bu gün UEFA Avropa Liqasında yarımfinalçılar müəyyənləşəcək. 

Aut.az xəbər verir ki, 1/4 final mərhələsinin cavab oyunlarının hamısı eyni gündə baş tutacaq.

İlk yarımfinalçının adı İspaniyada bəlli olacaq, digər üç görüş saat 23:00-da start götürəcək. Ümumiyyətlə, cavab oyunlarından ikisi İspaniyada, ikisi də İngiltərədə keçiriləcək.

UEFA Avropa Liqası
1/4 final, cavab oyunları
16 aprel

20:45. “Selta” (İspaniya) – “Frayburq” (Almaniya)
(İlk oyun – 0:3)

23:00. “Aston Villa” (İngiltərə) – “Bolonya” (İtaliya)
(İlk oyun – 3:1)

23:00. “Nottingem Forest” (İngiltərə) – “Porto” (Portuqaliya)
(İlk oyun – 1:1)

23:00. “Betis” (İspaniya) – “Braqa” (Portuqaliya)
(İlk oyun – 1:1)