İngiltərə klublarından rekord: Bir mövsümdə…
İngiltərə klubları 2024/25 mövsümündə avrokuboklardakı çıxışlarını başa vurublar.
Aut.az xəbər verir ki, ölkə UEFA reytinq cədvəlində 29,464 xal toplayıb. Bu, tarixdə rekord göstəricidir və ingilis klublarına İspaniyanı (23,8) və İtaliyanı (21,8) böyük fərqlə qabaqlamağa imkan verib. Bu barədə “Football Meets Data” məlumat yayıb.
Bundan başqa, İngiltərə son beş mövsüm üzrə ümumi nəticələrdə də rekord müəyyənləşdirib – 115,1 xal. Bu göstəricidə də britaniyalılar İtaliyanı (97,2) və İspaniyanı (94,4) geridə qoyub.
Qeyd edək ki, yeganə qalan avrokubok oyunu Çempionlar Liqasının finalıır. Bu turnirin mayın 31-də keçiriləcək həlledici matçında PSJ və “İnter” kubok uğrunda qarşılaşacaqlar.
Aut.az
