İngiltərə

Qvardiola futbolçularını hədələdi: Milad istirahətindən kökəlib qayıtsanız…

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Milad bayramı zamanı klubun oyunçularının çəkisinə ciddi nəzarət edəcəyini bildirib.

Aut.az xəbər verir ki, “Goal” Qvardiolanın sözlərini sitat gətirib.

“Futbolçular məndən “Vest Hem”lə oyundan sonra onlara bir gün istirahət verməyimi istədilər, amma mən dedim: ‘Xeyr, çünki kifayət qədər yaxşı oynamadınız”.

Onların çəkisi ölçüldü və hər şey əla idi, amma çəkilərinin artıb-artmadığını görmək üçün 25-də yenidən çəkiləri ölçüləcək. Üç günlük fasilədən sonra kluba gələn kimi onların vəziyyətini yoxlamaq istəyirəm. Çəkilərini yoxlamaq üçün orada olacağam.

Oyunçular yeyə bilərlər, amma mən onları nəzarətdə saxlamaq istəyirəm. 27-si üçün heyəti seçməli olacağam. Əgər oyunçu hazırda formadadırsa, amma üç kilo əlavə çəki ilə geri dönərsə, Mançesterdə qalacaq, Nottingemə getməyəcək”, – Qvardiola deyib.

“Şəhərlilər” dekabrın 20-də “Vest Hem”i məğlub edib (3:0), 27-də isə səfərdə “Nottingem Forest”lə qarşılaşacaqlar.

Aut.az