“Arsenal”ın futbolçusundan Premyer Liqa rekordu: Heç kim onun qədər…
“Arsenal”ın müdafiəçisi Uilyam Saliba İngiltərə Premyer Liqasında rekorda imza atıb.
Aut.az xəbər verir ki, 23 yaşlı fransalı futbolçu mövsümdə keçirdiyi 38 matçın hamısında bir dəqiqə belə qaçırmadan iştirak edib. Onun meydanda olduğu vaxtın ümumi miqdarı 3420 dəqiqə olub.
Bundan əvvəl “Arsenal”ın müdafiəçisi Li Dikson 1989/90 mövsümündə – 1992-ci ildə Premyer Liqanın əsası qoyulana qədər eyni nəticəni əldə edib.
Qeyd edək ki, Saliba bu mövsüm London klubunun heyətində bütün turnirlərdə 50 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
Aut.az
